Miqrantların köməyi ilə Belarusdan Polşa sərhədinə hücumlar edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
"Belarus tərəfindən Polşa sərhədində həyata keçirilən hücumlar Polşada vəziyyəti sabitliyi pozmaq və polyakların təhlükəsizliyini təhdid etmək məqsədi daşıyır. Polşa ordusunun sərhəddə mövcudluğunun artması sayəsində Rusiya-Belarus planı iflasa uğradı" - məlumatda deyilir.