Yollarda görünüş məsafəsi məhdudlaşacaq

14:04 - 24 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Sabah qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 25-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Xəbər xətti