Kəlbəcərdə şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO

09:58 - 24 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.

Xəbər xətti