Səuduyyə Ərəbistanı komandası "Əl-Hilal"ın liqada “Damak”la 1:1 hesablı heç-heçə etməsi qalmaqala səbəb olub.
Ucnoqta.az xəbər verir ki, ölkə mətbuatında yayılan məlumata görə, Neymar Xorxe Jesusun işdən çıxarılmasını tələb edib. Jesusun yerinə Neymarın istədiyi ad da açıqlanıb.
"Əl Hilal"ın Xorxe Jesusa münasibəti braziliyalı ulduz Neymarın komandasının zəif çıxışından sonra üzə çıxıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, "Əl Hilal"ın zəif çıxışı tənqidlərə səbəb olub. Neymar Xorxe Jesusun komandadan qovulmasını və yerinə Titenin gətirilməsini istəyir.
Qeyd edilir ki, "Əl Hilal" Jesusu işdən çıxarıb müvəqqəti olaraq Məhəmməd Əl-Şalhub ilə əvəz etməyi planlaşdırır.