Əhalinin 64,5%-i aşağı qaz istifadəsi limitini keçməyib - “Azəriqaz”

12:43 - 22 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Bu ilin yanvar-avqust aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 64,5%-i (1 620 000 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib.

Ucnoqta.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Abonentlərə xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 31,6%-i (794 143 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb.

Vüqar Səmədov əlavə edib ki, hesabat dövründə 98 000 abonent (ümumi abonentlərin 3,9 %-i) 25 qəpiklik tarifdən istifadə edib.

“Azəriqaz” nümayəndəsi onu da qeyd edib ki, hazırda “Azəriqaz”ın əhali qrupuna aid olan abonentlərin sayı 2 513 min təşkil edir.

///apa

Xəbər xətti