İrəvanda polis daha 26 etirazçını saxlayıb

10:21 - 22 Sentyabr 2023 - DÜNYA

 İrəvanda hüquq-mühafizə orqanları səhər saatlarında 26 etiraz iştirakçısını saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, bu gün səhər İrəvanda etirazlar yenidən başlayıb. Vətəndaşlar bir neçə küçəni bağlayıb, lakin paytaxtın mərkəzində nəqliyyatın hərəkəti hazırda sərbəstdir. Saxlanılanlar arasında cümə axşamı etirazçıları küçələri bağlamağa çağıran müxalifət liderlərindən biri Andranik Tevanyan da var.

Xəbər xətti