Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saatlarında Salyan rayonunun Xalac kəndi ərazisində həmin kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Gözəlov idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı su kanalına aşırıb.
Hadisə nəticəsində mikroavtobusda sərnişin qismində olan Xalac kənd sakini, 1962-ci il təvəllüdlü B.Eyyubova həyatını itirib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.