Ukrayna tankları Zaporojyedə əsas müdafiə xəttini yarıb

08:20 - 22 Sentyabr 2023 - DÜNYA

Ukraynanın tankları və digər zirehli texnikaları Ukrayna Silahlı Qüvvələrinin hazırda Zaporojye vilayətində keçdiyi işğalçıların əsas müdafiə xəttinin son xəttinin cənubunda artıq fəaliyyət göstərir.

Ucnoqta.az xəbər verir ki, ISW analitikləri bu barədə sentyabrın 21-də geolokasiya edilmiş kadrlara istinadən məlumat yayıb. Qeyd edildiyi kimi, onlar Müdafiə Qüvvələrinin zirehli texnikasının düşmənin üç səviyyəli müdafiənin tərkib hissəsi olan tank əleyhinə səngərlərindən və “əjdaha dişləri” adlanan arxından cənuba doğru irəlilədiyini göstərir. Ukrayna Silahlı Qüvvələri Orexovdan 18 km cənub-şərqdə yerləşən Verbnoyenin qərbində məhdud döyüşə girib.

Ekspertlərin fikrincə, bu, Ukrayna qoşunlarının zirehli texnikasının işğalçıların üç səviyyəli müdafiə xəttindən kənarda istifadəsi ilə bağlı ilk qeydə alınan hadisədir. Bu onu göstərir ki, ukraynalılar bu eşalonun ilk iki xəttini kifayət qədər keçiblərr.

Xəbər xətti