UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.
Ucnoqta.az xəbər verir ki, Bakıda “Qarabağ” Norveçin “Molde” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma "Qarabağ"ın üstünlüyü ilə keçib. Hesab ikinci hissənin 56-cı dəqiqəsində açılıb. "Qarabağ" Leandro Andradenin dəqiq zərbəsi ilə önə keçib 1:0.
Oyun bu hesabla da sona çatıb.
Oktyabrın 5-də “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.
21 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
H qrupu
20:45 "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) -1:0
Qol: Leandro Andrade, 55
Baş hakim: Con Biton (Şotlandiya)