Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə qarşılıqlı səfərlər barədə razılığa gəldiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda Türkiyə mətbuatına müsahibəsində bildirib.
"Əvvəllər Netanyahu xəstəliyi səbəbindən bizə gələ bilmirdi. Amma indi mən ona dedim ki, bu səfəri etməlidir, sonra mən və komandam İsrailə gedəcəyik. Razılığa gəldik. Ümid edirik ki, heç bir xüsusi gecikmə olmadan və enerji ehtiyatları sahəsində İsraillə qazma işlərinə başlayacağıq. Biz enerji ehtiyatlarının təkcə Türkiyəyə deyil, həm də Türkiyədən keçməklə Avropaya çatdırılması üçün marşrutlardan istifadə etməyə başlayacağıq”, - prezident deyib.