304 nəfər YAP-dan çıxarılıb

21:05 - 21 Sentyabr 2023 - İDMAN

Partiya nüfuzuna xələl gətirən 304 nəfər YAP sıralarından xaric olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclasında bildirilib.

İclasda YAP-ın Təftiş Komissiyasının sədri, partiyanın Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilatların sədrləri də iştirak ediblər.

YAP Füzuli rayon təşkilatının sədri vəzifəsinə Nazimə Pəsərək qızı Şamıyevanın, YAP Goranboy rayon təşkilatının sədri vəzifəsinə isə Samir Hatəm oğlu Qocayevin təyin edilməsi məsələsinə baxılıb. Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Bayram Aslanov və Cavid Osmanov çıxış edərək hər iki namizədi şəxsən tanıdıqlarını, onların bu günədək partiyanın yerli təşkilatlarında göstərdikləri fəaliyyətin və potensiallarının irəli sürülən vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verdiyini bildiriblər. Müzakirələrdən sonra hər iki namizədin irəli sürülən vəzifələrə təyin olunması barədə qərar qəbul olunub.

İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. İdarə Heyətinin üzvü Elnarə Akimova çıxış edərək məsələyə münasibət bildirib. 304 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Xəbər xətti