Ukraynadan 3 min ton taxıl daşıyan gəmi Bosfora gəlib

19:55 - 21 Sentyabr 2023 - DÜNYA

Palau bayrağı altında üzən “Resilient Africa” gəmisi Ukraynanın Çernomorsk limanından 3 min ton taxılla Bosfor boğazına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Gəmi hazırda İstanbulun Avropa hissəsinin Kumköy bölgəsində boğazın girişində lövbər salıb. Qəzetin yazdığına görə, yük gəmisi Rumıniya və Bolqarıstanın daxili suları vasitəsilə Qara dənizi keçib. Ekipaj üzvləri arasında ukraynalılar, türklər və misirlilər var. Bildirilir ki, gəminin son marşrutu İsraildir.

Qeyd edilir ki, yaxın vaxtlarda taxıl daşıyan daha bir quru yük gəmisi Çernomorsk limanını Bosfor istiqamətində tərk etməyi planlaşdırır. Bu, Palau bayraqlı Aroyatdır.

Xəbər xətti