İsveçrə və NATO daha sıx hava qüvvələri əməkdaşlığı haqqında razılığa gəliblər

17:32 - 21 Sentyabr 2023 - DÜNYA

İsveçrə hakimiyyəti NATO ilə bir sıra cəbhələrdə, o cümlədən öz hava qüvvələri arasında daha çox qarşılıqlı fəaliyyətə nail olmaq üçün daha sıx əməkdaşlığa razılaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçrə Federal Müdafiə Nazirliyinin konfederasiya hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir.

Məlumata görə, “Sülh Naminə Tərəfdaşlıq” alyansı ilə 2023-2024-cü illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində tərəflər konfederasiya və NATO ölkələrinin hərbi-hava qüvvələrinin informasiya sistemlərinin daha çox uyğunlaşmasına nail olmaq üçün qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər. Birn həmçinin NATO qərargah zabitlərini alyansın mükəmməllik mərkəzlərində təlim keçmək üçün göndərməyi planlaşdırır. Bundan əlavə, tərəflər siyasi dialoqun davam etdirilməsi, yeni texnologiyaların inkişafı və kibermüdafiə sahəsində əməkdaşlıq, o cümlədən sülh və tərksilahın təşviqi kimi ümumi məqsədləri formalaşdırıblar.

İsveçrə 1996-cı ildən Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir. Bu, NATO-nun bloka daxil olmayan dövlətlərlə ikitərəfli əməkdaşlıq üçün xüsusi proqramıdır. Burada 20-yə yaxın ölkə, o cümlədən Avstriya və İsveç iştirak edir.

Xəbər xətti