Qarabağın erməni sakinləri Azərbaycandan yardım istədilər

17:02 - 21 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Xəbər verdiyimiz kimi, bu gün Yevlaxda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri qəbul edilib.

Ucnoqta.az xəbər verir ki, ermənilərin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Xəbər xətti