İspaniya Mülki Qvardiyası və Fransa Milli Polisi bahalı otel komplekslərində oğurluqla məşğul olan üç nəfəri saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanları məlumat yayıb.
Onların sözlərinə görə, şübhəlilər iki ölkədə ən azı 12 quldurluq edib. Onların 4,5 milyon avro dəyərində əşyalar oğurladığı ehtimal edilir.
Qrupun lideri Fransada qanuni yaşayan Əlcəzair vətəndaşı olub. Əməliyyat Avropa Polis Agentliyi ilə birgə həyata keçirilib.