İranda məhkəmə Şirazda Şah Çıraq məqbərəsində baş vermiş terror aktı üzrə əsas müttəhim Tacikistan vətəndaşı Rahmatulla Nuruzov barəsində ölüm hökmü çıxarıb.
Ucnoqta.az Tasnim-ə istinadən xəbər verir ki, 25 yaşlı Nuruzov üsyan və ölkənin təhlükəsizliyinə təhdid yaradan cinayətkar sui-qəsddə ittiham olunub. Ölüm hökmü qəti deyil və İranın Ali Məhkəməsinə şikayət verilə bilər.
Terror aktında bilavasitə əli olmayan daha iki müttəhim 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzalarını çəkdikdən sonra onlar İslam Respublikası hüdudlarından kənara deportasiya edilirlər.