Daha 490 rusiyalı hərbçi həlak olub

11:09 - 21 Sentyabr 2023 - DÜNYA

Ukraynada Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 274470-ə çatıb 

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, son sutkada Rusiya ordusunun daha 490 hərbçisi həlak olub. 

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Ordusunun 3 tank, 15 zirehli texnika, 41 artilleriya sistemi, 2 MLRS, 2 hava hücumundan müdafiə sistemi, 29 PUA, 37 maşın, 5 xüsusi texnikası məhv edilib.

Xəbər xətti