Netanyahu Səudiyyə Ərəbistanının uranın zənginləşdirilməsi planlarını dəstəkləməyə hazırdır

10:29 - 21 Sentyabr 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu nüvə təhlükəsizliyi üzrə ekspertlərə Səudiyyə Ərəbistanının nüvə proqramının irəliləməsinə kömək etmək üçün amerikalı həmkarları ilə işləməyi tapşırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” İsrail və Amerika isteblişmentindəki mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, danışıqlar gizli aparılır, tərəflər hələlik razılığa gəlməyib. Əgər konsensus əldə olunarsa, bu, Yaxın Şərqdə uranın zənginləşdirilməsinin qarşısını almaq üçün uzun onilliklər ərzində çalışmış İsrail və ABŞ-ın siyasətində dramatik dönüş yaradacaq. 

Xəbər xətti