Ebeko vulkanı 2,5 km hündürlüyə kül atıb

08:28 - 21 Sentyabr 2023 - DÜNYA

Kuril adalarında yerləşən Ebeko vulkanı 2,5 km hündürlüyə kül atıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında 2,5 km hündürlükdə kül emissiyasını qeydə alıblar.

Şleyf cənub-şərq istiqamətində 5 km-dən çox məsafəyə yayılıb.

Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 m-dir. 2016-cı ilin noyabr ayının ortalarında aktivləşib.

Xəbər xətti