Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorkda ABŞ-ın keçmiş dövlət katibi (1973-1977) Henri Kissincer və amerikalı sahibkarlarla Ukraynanın bərpasını müzakirə etmək üçün görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, görüş çərşənbə günü Manhettendə baş tutub. Tədbirdə Kissincerdən başqa milyarderlər Mayk Blumberq, Barri Sternlixt, Robert Kraft, Bill Akman, həmçinin Google-un baş direktoru Erik Şmidt də iştirak edib.
Qeyd edilir ki, görüşün məqsədi Ukraynanı bərpa etmək səylərini müzakirə etmək olub.