Amerikanın Alyaska ştatı sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Sand Point şəhərindən 41 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 51 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.