Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Ermənistan hökumətinin məlumatına görə, Paşinyan və Putin telefon danışığında Qarabağdakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
"Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Qarabağda yaranmış vəziyyət müzakirə edilib. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar", - Nazirlər Kabinetinin bəyanatında deyilir.