Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır.
Ucnoqta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
"Bu gün saat 13-də atəşkəs elan edildi. Qarşı tərəf atəşkəsə əməl etməyib və atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Prinsip etibarı ilə, bizim şərtlərimiz tam qəbul olundu. İndi saat 7-yə 5 dəqiqə işləyib. Separatçıların mövqelərdən çıxarılma prosesi başlayıb".