"Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Hərbçilərimiz ağır relyef şəraitində, istehkamların mövcudluğu şəraitində, hərbçilərimiz bir daha qəhrəmanlıq və peşəkarlıq göstəriblər. Bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə ediblər".
Ucnoqta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
"Separatçı ordunun böyük hissəsi tamamilə məhv edilib, hərbi texnika sıradan çıxarılıb. Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrə ciddi tapşırıq verilmişdir ki, mülki əhali zərbə altına düşməməlidir. Onlar qorunmalıdır. Biz yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq" - Prezident qeyd edib.