Səudiyyə Ərəbistanı və Suriya Ər-Riyad və Dəməşqdəki səfirliklərdə çalışacaq diplomatların adları ilə bağlı razılığa gəliblər
Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Əxbar” qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, tezliklə diplomatik missiyaların işini bərpa edə bilərlər.
“Diplomatik namizədlərin təsdiqi ilə bağlı bütün prosedurlar tamamlanıb”, - nəşrin adını açıqlamayan həmsöhbəti bildirib.