Rusiyanın Rostov vilayətində qalın duman səbəbindən çayda iki gəmi toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Don Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Ulyanovsk vilayətindən Krasnodar diyarına taxıl daşıyan "Volqodon-225" və avadanlıqla Qazaxıstana gedən "Astrol-6" toqquşub.
Gəmilərdən biri zədələnib. Xəsarət alan olmayıb. Araşdırma aparılır.