İspaniyanın qadınlardan ibarət milli komandasına çağırılan futbolçular tətilə son qoyublar
Ucnoqta.az “The Times”ə istinadən xəbər verir ki, iki futbolçu istisna olmaqla, futbolçular İsveç yığması ilə Millətlər Liqası matçına çıxacaqlar.
Bu qərar oyunçular, komanda heyəti, İspaniya Kral Futbol Federasiyası (RFEF) və həmkarlar ittifaqlarının nümayəndələrinin daxil olduğu yeddi saatlıq danışıqlardan sonra qəbul edilib.
RFEF, Milli İdman Şurası və qadın futbolçular cümə axşamı günü imzalanacaq müqavilələrin icrasına nəzarət etmək üçün birgə komissiya yaratmaq barədə razılığa gəliblər. RFEF öz işində düzəlişlər etməyi öhdəsinə götürüb.