Rusiya sülhməramlıları Dağlıq Qarabağ münaqişəsində iştirak edən bütün tərəflərlə fəal işləyir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar zamanı deyib.
“Rusiya sülhməramlıları mülki insanları qorumaq üçün hər şeyi edir. Biz İrəvanda, Xankəndidə və Bakıda hakimiyyət orqanları ilə daim əlaqə saxlayırıq. Ümid edirik ki, gərginliyin azaldılmasına nail olacağıq və problemi dinc kanala köçürə biləcəyik”, - RF prezidenti qeyd edib.