Finlandiya 2024-cü ilin yazında Rusiya ilə sərhəddə hasar çəkməyə davam edəcək
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Kareliyada təxminən 40 km uzunluğunda hasar tikiləcək
Səlahiyyətlilər hələlik tikintinin planlaşdırıldığı konkret yerlərin adını çəkməyib. Şimali Kareliya Sərhəd Xidmətinin rəhbəri bildirib ki, torpaq sahiblərinə noyabr ayında əlavə məlumat veriləcək.
Fevral ayında Finlandiya Rusiya ilə sərhəddə İmatra sərhəd-keçid məntəqəsi yaxınlığında üç kilometrlik hasarın “sınaq hissəsi”nin tikintisinə başlayib. Sentyabrın 14-də onun tikintisinin başa çatdırıldığı bildirilib.