Özbəkistan hakimiyyəti “Air Products” şirkəti ilə ümumi dəyəri 10 milyard dollar olan bəzi layihələrin həyata keçirilməsinə dair müqavilə bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ-da işgüzar səfərdə olan Özbəkistan rəhbəri Nyu-Yorkda “Air Products” şirkətinin idarə heyətinin sədri Seyfi Qasemi ilə danışıqlar aparıb.
Qeyd edilir ki, Amerika şirkəti kömürün qazlaşdırılması, texniki qazların, hidrogen və ammonium istehsalı, turşu qazlarının utilizasiyası, dekarbonizasiya sahəsində zəruri normativ-hüquqi bazanın hazırlanması, qida sənayesində innovativ işlərin tətbiqi layihələrində iştirak edəcək və onun mütəxəssisləri bu layihədə iştirak edəcəklər.
"Air Products" dünyanın ən böyük sənaye qazları istehsalçılarından biridir və 75 ildən artıqdır ki, fəaliyyət göstərir.