Almaniya MN Ukraynaya 400 milyon avroluq yardım edəcək

21:31 - 18 Sentyabr 2023 - DÜNYA

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Ukraynaya 400 milyon avro dəyərində yeni yardım paketini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ramşteyn aviabazasında təmas qrupunun görüşü ərəfəsində Bild qəzetinə müsahibəsində deyib.

"Bəli. Biz əlavə sursat tədarük edəcəyik: yüksək partlayıcı sursat, minaatan, mina əleyhinə raketlər", - Pistorius Kiyevə yeni yardım paketinin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavab verib.

Eyni zamanda o, əlavə edib ki, Ukraynanın ən çox ehtiyacı olan sursatdır. 

Xəbər xətti