Ukrayna prezidenti Volodimir Zelenski və Polşa prezidenti Anjey Duda sentyabrın 19-da Nyu-Yorkda görüşməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Country Politics” Telegram kanalı məlumat yayıb.
"Görüş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində baş tutacaq", - nəşr yazır.
Duda qeyd edib ki, liderlər Polşa tərəfindən birtərəfli qaydada bloklanan Ukrayna taxılının ixracını müzakirə etmək niyyətindədirlər.