İtaliyanın şimalında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Bolonya şəhərindən 37 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.