İtaliyada güclü zəlzələ baş verib

08:39 - 18 Sentyabr 2023 - DÜNYA

İtaliyanın şimalında 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Bolonya şəhərindən 37 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xəbər xətti