ABŞ itmiş F-35 qırıcısını axtarır

08:32 - 18 Sentyabr 2023 - DÜNYA

ABŞ səlahiyyətliləri pilotun təyyarədən atılmasından sonra Cənubi Karolinada F-35 qırıcı təyyarəsi axtarır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) hərbi nümayəndələrə istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 17-də qırıcı pilot yerli vaxtla saat 14:00-da Şimali Çarlston (Cənubi Karolina) şəhəri yaxınlığından atılıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir. Səlahiyyətlilər pilotun nə üçün havaya qalxdığını araşdırır.

Şimali Çarlstonun şimalındakı iki gölün ərazisində təyyarənin axtarışları davam edir. AP xəbər verir ki, hava pisləşdiyi üçün ştatın hüquq-mühafizə orqanlarının helikopteri axtarışlara qoşulub.

Xəbər xətti