Avstraliya Hərbi Hava Qüvvələri ikitərəfli Elang AUSINDO hərbi təlimində iştirak etmək üçün İndoneziyaya altı F-35A Lightning II zərbə qırıcısı göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 18-dən 28-dək İndoneziyanın Sulavesi adasının şimalında keçiriləcək birgə təlimdə iki ölkədən 300-dən çox Hərbi Hava Qüvvələrinin şəxsi heyəti iştirak edəcək. Hər iki ordunun F-16 qırıcıları havada döyüş tapşırıqlarını yerinə yetirmək üçün istifadə olunacaq.
Departamentdən verilən məlumata görə, hərbi qulluqçular hava döyüşü bacarıqlarını məşq edəcək, hücum və müdafiə manevrlərini yerinə yetirəcək, həmçinin havada yanacaq dolduracaqlar.