Avstraliya və İndoneziya hərbçiləri birgə hava təlimləri keçirəcək

08:28 - 18 Sentyabr 2023 - DÜNYA

Avstraliya Hərbi Hava Qüvvələri ikitərəfli Elang AUSINDO hərbi təlimində iştirak etmək üçün İndoneziyaya altı F-35A Lightning II zərbə qırıcısı göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 18-dən 28-dək İndoneziyanın Sulavesi adasının şimalında keçiriləcək birgə təlimdə iki ölkədən 300-dən çox Hərbi Hava Qüvvələrinin şəxsi heyəti iştirak edəcək. Hər iki ordunun F-16 qırıcıları havada döyüş tapşırıqlarını yerinə yetirmək üçün istifadə olunacaq.

Departamentdən verilən məlumata görə, hərbi qulluqçular hava döyüşü bacarıqlarını məşq edəcək, hücum və müdafiə manevrlərini yerinə yetirəcək, həmçinin havada yanacaq dolduracaqlar.

Xəbər xətti