Biz Rusiya ilə Ukrayna arasında uzunmüddətli müharibəyə hazırlaşmalıyıq
Ucnoqta.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, əksər müharibələr başlayanda gözlənildiyindən daha uzun sürür və təbii ki, hamı “tez sülh” istəyir, lakin Ukraynanın yoxa çıxması bahasına deyil. O, əlavə edib ki, ukraynalılar döyüşləri dayandırsalar, uduzacaqlar, ruslar isə silahı yerə qoysalar, o zaman sülh olacaq.