Hindistan Müdafiə Nazirliyi təxminən 450 milyard rupi (təxminən 5,4 milyard dollar) dəyərində silah və texnikanın alınması ilə bağlı doqquz təklifi təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, “The Times of India” qəzetinin məlumatına görə, müvafiq qərar cümə günü Müdafiə Alma Şurasının iclasında qəbul edilib.
Nəşrin məlumatına görə, respublikanın Müdafiə Nazirliyi digər məsələlərlə yanaşı, 12 ədəd Su-30 MKI qırıcısının alınması təklifini bəyənib. Müdafiə Nazirliyindəki mənbələrdən verilən məlumata görə, bu, Hindistan istehsalı olan müxtəlif növ silah və texnika ilə təchiz edilmiş Su-30 MKI təyyarəsinin ən müasir variantı olacaq. Müştərinin tələbinə əsasən, təyyarə 60%-dən çox yerli istehsal komponentlərindən ibarət olacaq.
Bu qırıcılar Hindistanın Hindustan Aeronautics Limited təyyarə istehsalı korporasiyası tərəfindən Rusiya lisenziyası əsasında istehsal olunur.