Burkina-Faso hakimiyyəti Fransanın hərbi attaşesi Emmanuel Pasquierin yaxın 14 gün ərzində ölkəni tərk etməsini tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Burkina Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, sərəncam attaşenin təxribat fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, Fransa hərbi attaşesinin qalan hissəsi Burkina-Fasonu tərk etməlidir.
Burkina Faso hökuməti də Parisdəki hərbi missiyasının bağlanması barədə göstəriş verib.