ABŞ administrasiyası 2025-ci ilə qədər 155 mm-lik artilleriya mərmilərinin istehsal həcmini ayda 100 minə çatdırmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin satınalma və logistika üzrə müavini Bill LaPlante Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzində çıxışı zamanı deyib.
"2025-ci ilə qədər ayda 100.000-ə çatmaq yolundayıq. 2025-ci ildə ayda 100.000 olacaq. 6-8 ay əvvəl ayda 14.000 idik. İndi ayda 28.000-dəyik" - o, deyib.