Fransa və İtaliya qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı gücləndirəcəklər

19:40 - 15 Sentyabr 2023 - DÜNYA

Fransa və İtaliyanın Daxili İşlər nazirlikləri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə koordinasiyanı gücləndirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin X səhifəsində yazıb.

“Mən italiyalı həmkarım Matteo Piantedosi ilə ətraflı danışıqlar apardım. Biz qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirmək üçün yaxın gələcəkdə Aİ səlahiyyətliləri ilə birgə əlaqə saxlamağa razılaşdıq” - Darmanen deyib.

O, həmçinin vurğulayıb ki, iki idarənin rəhbərləri “qanunsuz miqrasiyanın təşkilatçılarına qarşı mübarizəni” gücləndirmək niyyətindədirlər.

Xəbər xətti