ABŞ Kiyevə ATACMS raketləri göndərə bilər

16:29 - 15 Sentyabr 2023 - DÜNYA

ABŞ prezidenti Co Baydenin administrasiyası bu ilin payızında Ukraynaya uzaqmənzilli ATACMS raketlərinin verilməsi imkanını nəzərdən keçirir

Ucnoqta.az xəbər verir ki, bu barədə The Wall Street Journal rəsmilərə istinadən yazıb. Bildirilir ki, bu qərar dövlət başçısı tərəfindən təsdiqlənməlidir.

Onların fikrincə, bu payız ABŞ hakimiyyəti Ukraynanın əks-hücumunu gücləndirmək üçün ATACMS təchizatına yeni nəzər salacaq.

Qeyd edilir ki, ABŞ Pentaqonun ehtiyatını tükəndirməmək üçün Kiyevə məhdud sayda raket göndərə bilər.

Xəbər xətti