Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski bildirib.
"Dövlətimizin, bütün hüquq-mühafizə orqanlarımızın, Baş Prokurorluğun Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığı tamamilə sistemlidir və Rusiyanın hərbi cinayətlərinə görə real məsuliyyəti yaxınlaşdırır. Artıq ilk aydın nəticə var - Putin üçün tarixi həbs qərarı. Bütün digər ədalətli nəticələr olacaq", - Zelenski deyib.