Britaniya "Vaqner"i terror təşkilatları siyahısına əlavə edib

15:52 - 15 Sentyabr 2023 - DÜNYA

Britaniya "Vaqner" özəl hərbi dəstəsini terror təşkilatları siyahısına əlavə edib

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. Məlumata görə, Böyük Britaniya Daxili İşlər Nazirliyi "Vaqner" PMC-ni terror təşkilatları siyahısına əlavə edib.

"Rus muzdlu təşkilatı "Vaqner Qrupu" sentyabrın 6-da parlamentdə müvafiq fərmanın təqdim edilməsindən sonra bu gün terrorçu təşkilat kimi tanınıb. Fərman dərhal qüvvəyə minir. "Vaqner Qrupu"na mənsub olan və ya onun fəal dəstəyi Böyük Britaniyada cinayət əməli hesab ediləcək. Bu, 14 ilə qədər potensial həbs cəzası və cərimə ilə birlikdə tətbiq edilə bilər" - məlumatda bildirilir.

Xəbər xətti