“Əl-Qaidə” Fransa və İsveç departamentlərini hücumla hədələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Ərəbistan yarımadasındakı Əl-Qaidə Parisdəki “nazirliyə” hücum etməklə və “İsveç səfirliyini” məhv etməklə hədələyib.
Qeyd olunur ki, iki ölkəyə qarşı təhdidlər son vaxtlar İsveçdə baş verən Quran yandırma hadisələri ilə bağlıdır. Fransanın məktəblərdə müsəlman abayasının geyinilməsini qadağan etməsi də terror təşkilatını qıcıqlandırıb.