Finlandiya Rusiya nişanlı avtomobillərin ölkəyə girişini qadağan edəcək

11:58 - 15 Sentyabr 2023 - DÜNYA

Finlandiya hakimiyyəti Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan etməyi planlaşdırır

Ucnoqta.az xəbər verir ki, bu barədə Yle məlumat yayıb. Məlumata görə, Finlandiya hakimiyyəti Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan etməyi planlaşdırır.

Finlandiya artıq öz ərazisində olan Rusiya dövlət nömrə nişanlı avtomobilləri sahiblərindən müsadirə etmək niyyətində deyil, lakin 2024-cü il martın 16-dək onları yığışdırmaq öhdəliyi qoyur.

Qeyd edək ki, Litva da ölkəyə daxil olan Rusiya qeydiyyatından keçmiş avtomobilləri müsadirə edəcək.

Xəbər xətti