Nebraska ştatında xlor turşusu daşıyan qatar vaqonu partlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Platte Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Məlumata görə, vaqonda partlayıcı maddələrin, müxtəlif qidaların və dərmanların hazırlanmasında istifadə olunan perklor turşusu olub. Partlayışın səbəbi hələlik məlum deyil, heç kim xəsarət almayıb və heç bir vaqon relsdən çıxmayıb.
Yanğınsöndürmə xidmətinin əməkdaşları hadisə yerindədir.