Papua-Yeni Qvineyaya aid olan Yeni Britaniya adasının cənub sahillərində maqnitudası 5,2-5,7 olan silsilə zəlzələlər qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri adanın cənub sahilində, 27 mindən çox insanın yaşadığı ən böyük şəhəri Kimbedən 100 km cənub-qərbdə olub. Mənbə 30-50 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.