Dörd Çin dəniz polisinin patrul gəmisi Yaponiyanın özünün ərazi suları hesab etdiyi Çin dənizinin şərqindəki mübahisəli Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya hakimiyyət orqanları vəziyyəti aktiv şəkildə izləməyə və insidentlə bağlı məlumat toplamağa başlayıb.
Senkaku adaları ilə bağlı mübahisə 2012-ci ilin sentyabrında Tokionun Yaponiya vətəndaşı olan özəl sahiblərdən onları geri alacağını elan etməsindən sonra kəskinləşib. Bundan sonra Çində kütləvi etiraz nümayişləri keçirilib. O vaxtdan bəri Çin gəmiləri müntəzəm olaraq mübahisəli arxipelaqın yaxınlığında gəzir və onun sahil zonasına nümayişkaranə səfərlər edir.